Ermənilər niyə narahatdırlar? GEOSİYASƏT

Ermənilər niyə narahatdırlar? GEOSİYASƏT

İşğalçıların hələ ki, düşünməyə vaxtları var – ya proseslərdən salamat çıxmalı, ya da...

Son zamanlar, xüsusilə Türkiyənin Suriyada növbəti - “Bahar qalxanı” adlı hərbi əməliyyatlara başlaması fonunda Ermənistan ciddi təlaş keçirməyə başlayıb. Belə ki, türk ordusu Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminə qarşı açıq-aşkar savaş açmaqla, Türkiyənin Yaxın Şərq regionu ilə yanaşı, həm də Cənubi Qafqazda möhkəmlənməsi prosesini paralel şəkildə həyata keçirməsi siyasətini ortaya qoyur. Daha dəqiq desək, Türkiyənin əsasən Azərbaycanla siyasi, iqtisadi və s. sahələrlə yanaşı, hərbi strateji məsələlərdə də eyni mövqedən çıxış etməsi işğalçılçı Ermənistanı demək olar ki, dalana dirəmək üzrədir.

Türkiyə faktoru və Azərbaycan reallığı

O da əbəs deyil ki, erməni politoloqları Ərdoğanın Azərbaycana rəsmi səfərində rəsmi Bakı ilə hərbi-streteji sazişlər imzalamasını, Prezident İlham Əliyevlə keçirdiyi görüşlərində Qarabağ mövzusunda Azərbaycana birmənalı dəstək nümayiş etdirən bəyanatlar səsləndirməsindən ciddi şəkildə xoflanırlar.

Əsasən, Nikol Paşinyan hakimiyyəti əvvəllər anti-Rusiya xarakterli addımlar atırdılarsa, indi yenidən quyruqlarını rusların əllərinə verməkdə maraqlı olduqlarını sərgiləyirlər. Misal üçün, əgər erməni ictimai-siyasi dairələri Rusiyaya məxsus Gümrü hərbi bazasının çıxarılması ətrafında mülahizələr irəli sürürdülərsə, indi həmin dairələr Qarabağda müharbənin başlayacağı halda həmin bazanın onlara hansı səmərələr verəcəyi üzərində baş sındırırlar. Halbuki, ermənilər də yaxşı bilirlər ki, “DQR” heç bir beynəlxalq təşkilatlar, yaxud ölkələr tərəfindən tanınmayıb və Azərbaycanın ərazisi kimi qəəbullanmaqdadır. Daha dəqiq desək, Qarabağın erməni işğalına məruz qalması faktı dünya ölkələri tərəfindən birmənalı olaraq qəbul olunur. Başqa tərəfdən, o da bəllidir ki, KTMT adlanan həbri ittifaq yalnız Ermənistana hərbi müdaxilə olacağı tədqirdə müəyyən qərarlar vermək hüququndadır. Məhz bu faktor erməniləri ciddi təlaşlandırır. Yəni Qarabağda hərbi əməliyyatların başlayacağı, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək hüququnu istifadə edəcəyi halda KTMT-nin kənarda qalacağı, Türkiyənin isə Azərbaycana müxtəlif strateji dəstəklər göstərəcəyi vəziyyəti erməni tərəfini bərk narahat edir.

Lragir.am: “Moskva Azərbaycanla münasibətləri pozmaqda maraqlı deyil”

Onları narahat edən daha bir məsələ Türkiyənin Yaxın Şərq və Suriya məsələsində nəinki ABŞ və s. Qərb dövlətlərinə, o cümlədən Rusiyaya barmaq silkələməsidir. Çünki Türkiyə regional gücdən beynəlxalq gücə çevrilib və istənilən halda Azərbaycanın yanında olacaqsa, bu reallıq bir ovuc erməninin siyasi məhvi deməkdir.

Daha bir məsələ ermənilərn rus ekspertlərinin verdikləri proqnozlardan da narahat olmalarıdır. SİA xəbər verir ki, bununla bağlı Ermənistanın lragir.am saytında “Azərbaycan başlayır, Ermənistan nə edəcək?” adlı məqalədə ilginc nüanslara toxunulub. “Rusiya ekspertləri qeyd edirlər ki, hərbi əməliyyatların başlayacağı halda Rsiya çətin situasiyada qalacaq. Belə ki, Ermənistan bir tərəfdən müttəfiqdir, lakin başqa tərəfdən Moskva Azərbaycanla münasibətləri pozmaqda maraqlı deyil”, deyə bildirilən yazıda o da qeyd olunur ki, analitiklər Türkiyə və Rusiyanın İdlibdə təhlükəsizlik ərazisi ətrafında əldə etdikləri razılaşmaları sonradan “Artsaxda” (dırnaqlar bizimdir-R.N.) da tətbiq oluna bilər.

Ərdoğanın “Qarabağ problemi həm də Türkiyənin problemidir” bəyanatı erməniləri vəlvələyə salıb

Misal üçün, Türkiyənin xarici işlər naziri Çavuşoğlunun bəyanatını xatırltmaq olar. O vurğulamışdı ki, əgər Rusiya istərsə, onlar, yəni Türkiyə tərəfi Qarabağ problemini çox sürətlə həll edə bilər. Bu baxımdan da, Çavuşoğunun bəyanatını xatırladan erməni nəşri yazır ki, Lavrov planı türk tərəfini tamamilə qane edir. O cümlədən, Azərbaycan Prezidenti İlham Əliyevin Münhendə mərhələli həlli istiqamətindəki bəyanatı da bu xüsusdadır.

Erməniləri nigarançılıqda və təlaşda saxlayan daha bir məsələ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi Bakı səfərində səsləndirdiyi “Qarabağ problemi həm də Türkiyənin problemidir” bəyanatıdır. Largir.am nəşri xatırladır ki, həmin səfər çərçivəsində Bakı və Ankara bir sıra iqtisadi, kommunikasiya və hərbi sazişlər imzaladılar.

Beləliklə, Ermənistanın narahatlığının əsasında dayanan əsas amillər Azərbaycanın regionda yeganə gücə çevrilməsi ilə yanaşı, beynəlxalq gücə çevrilmiş Türkiyə ilə analoqu olmayan yaxınlığı, müttəfiqliyi və birgə strategiya həyata keçirməsidir. Hər halda, işğalçı Ermənistanın hələ də vaxtı var – ya bu vəziyyətdən salamat çıxmalı, ya da...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə