Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun II sessiyası keçirilib
Bu gün Bakıda ilk dəfə olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun II sessiyası keçirilib. SİA-nın məlumatına görə, sessiyanın mövzusu "Daha mənalı dialoqa doğru: mədəniyyət, incəsənət və irs" olub.
II sessiyanın həmsədrləri qismində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının Mədəniyyət və Təbii irsinin mədəniyyət direktoru Robert Palmer iştirak edib. Məruzəçi olaraq isə ekspert Robin Uilson çıxış edib.
Məlumat üçün bildirək ki, formun sabah ikinci günü başlayacaq. İkinci gündə həyata keçiriləcək III sessiyada "Qadınlar- Mədəniyyətlərarası Dialoqun əsas təmsilçiləri" mövzu ətrafında həmsədr qismində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva və YUNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenou çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB