“Müxalifəti təlimatlandıran, öyrədən qüvvələr var” RƏY-ÖZƏL

"Əgər onlar mitinq keçirmək istəyirlərsə, keçirsinlər, görək ora nə qədər adam yığacaqlar". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, demokratik bir dövlətdə yaşayırıq və hər kəsin azad toplaşma hüququ var: "Müxalifətin daha çox icazəsiz küçə yürüşlərinə, mitinqlərə daha çox maraq göstərməsi, qarşıdurmalara cəhd etməsini şişirtməyə dəyməz. Biz demokratik bir dövlətdə yaşayırıqsa o qanunlara əməl etmək lazımdır. Fakt budur ki, müxalifəti təlimatlandıran, öyrədən qüvvələr var. Mitinqlər keçirmək istəyirlərsə, keçirsinlər və dünyada görsün ki, bunların keçirdiyi aksiyalara gələn yoxdur və sussunlar. Seçkilərdən öz maraqları üçün istifadə edirlər. Xarici qüvvələrdə bunlara deyir ki, siz başlayın bizdə sizi müdafiə edəcəyik. Bir sözlə, onların istəkləri ölkədə nə isə xoşagəlməz bir vəziyyət yaratmaqdır, ancaq buna heç zaman nail ola bilməyəcəklər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə