“Hərbi üstünlüyümüz sarsılıb” ABŞ generalı

“ABŞ-ın hərbi üstünlüyü sarsılıb”. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Amerika silahlı qüvvələri qərargahları komitəsinin rəhbəri, general Mark Milli Konqeresin nümayəndələr palatasındakı dinləmələrində çıxış edərkən deyib.

Pentaqon təmsilçisinin sözlərinə görə, ABŞ ordusu bu gün də əvvəllərdə olduğu kimi ölkəni potensial düşmənlərdən qorumaq və müttəfiqləri dəstəkləmək baxımından hərbi təmkini təmin edir. “Lakin bizim rəqabət üstünlüyümüz sarsılıb, kimsənin buna şübhəsi olmasın”, deyən amerikalı general hesab edir ki, Çin və Rusiya ABŞ-ı və müttəfiqlərini keçmək, dünyada təsirlərini artırmaq üçün hərbi imkanlarını gücləndirirlər.

Qeyd olunur ki, bu ərəfələrdə ABŞ-ın müdafiə naziri Mark Esper Palataya təqdim etdiyi yazılı müraciətində bəyan edib ki, Vaşinqton Rusiyanın dominantlıq cəhdlərindən narahatdır. Onun fikrincə, hipersəsli silahın nümayişi Moskvanın hərbi potensialının artması təhlükəsini sübut edir.

Bu arada, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov daha öncə bəyan etmişdi ki, Moskva silahlanma yarışına, ya da hərbi dominantlıq məsələsinə doğru can atmır. Lakin Rusiyanın silahlı qüvvələri beynəlxalq təhlükəsizlik baxımından mühüm faktordur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...