YAP-ın Səbail rayon təşkilatı İdarə heyətinin iclası keçirilib

YAP-ın Səbail rayon təşkilatı İdarə heyətinin iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq ümummilli lider, partiyanın yaradıcısı Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün qeyd edilməsi ilə bağlı keçiriləcək tədbirlər müzakirə edilib.

YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov ulu öndərin anadan olmasının 88-ci ildönümü ilə bağlı tədbirlərin ciddi siyasi-mənəvi hazırlıq tələb etdiyini dilə gətirib. O, YAP-ın rayon təşkilatlarının bir çoxunda ümummilli liderin yubiley tədbirlərinin formal keçirildiyini ifadə edib. Z.Qaralov Heydər Əliyevin siyasi həyatı barədə gənclərin bir çoxunun çox şey bilmədiyini vurğulayıb və ulu öndərin həyatı barədə qısa xronoloji məlumat verib.

İclasda daha sonra "Kukla teatrı" ilk ərazi təşkilatının və onun sədrinin təsdiqi, "Sahil bulvar" və "Dənizkənarı bulvar" ilk ərazi təşkilatlarının müəyyən müddətə birgə fəaliyyət göstərməsinə razılıq, YAP üzvləri Rauf Vəliyev və Valeh Əsədovun partiya üzvlük vəsiqələrinin yeniləri ilə əvəz edilməsi, YAP üzvləri Rüfət Abbasovun hüquq-mühafizə orqanlarına və Mehman Abdullayevin hərbi sahədə işə keçməsi ilə əlaqədar partiya uçotundan çıxarılması məsələlərinə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə