Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses müalicəsini davam etdirmək üçün Almaniyaya aparılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi bu gün səhərə yaxın 23 gündür, müalicə olunduğu xəstəxanadan çıxarılaraq İstanbul Atatürk Hava Limanından xüsusi təyyarə ilə Almaniyaya aparılıb.
Almaniyaya təcili yardım vertolyotu ilə aparılacağı bildirilən Tatlıses daha sonra müğənni üçün təşkil olunan təyyarə ilə yola salınıb.
Bədəninin sağ tərəfindəki iflic səbəbi ilə Hamburqdakı xəstəxananın fiziki müalicə və reabilitasiya mərkəzində müalicəsini davam etdirəcək sənətçi həkimləri ilə birlikdə Səhiyyə Nazirliyinin təsis etdiyi xüsusi təcili yardım təyyarəsi ilə Almaniyaya yola salınıb. Onu da qeyd edək ki, həmin təyyarəyə müğənninin qohumları və yaxınları buraxılmayıb.
Qeyd edək ki, sənətçi martın 14-də şou proqramından çıxarkən silahlı hücuma məruz qalaraq başından ağır yaralanaraq Türkiyənin Maslak Acıbadem Xəstəxanasının reanimasiyasında uzun müddət müalicə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB