İtaliyada ilin məhkəməsi bu gün başlayır. SİA-nın xəbərinə görə, baş nazir Silvio Berluskoninin 18 yaşından kiçik qızla pul qarşılığında cinsi əlaqədə olmaq ittihamı ilə mühakimə olunacağı proses İtaliyada ilin ən böyük media hadisəsi kimi təqdim olunur.
Yalnız İtaliyanın deyil, bütün dünyanın diqqət mərkəzində olan məhkəmədə Berluskoni yalnız 18 yaşına çatmamış qızla əlaqədə ittiham olunmur. Baş nazirə qarşı nüfuzundan istifadə edərək oğurluq ittihamıyla həbs edilən mərakeşli qızın azadlığa çıxmasını təmin etmə ittihamı da irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB