Putin və Ərdoğan yaxın günlərdə görüşə bilər

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu yaxın günlərdə Rusiya və Türkiyə prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Valdimir Putun arasında danışıqların olacağını istisna etməyib. SİA-nın xəbərinə görə, XİN başçısı söyləyib ki, Rusiya və Türkiyə nümayəndə heyətləri Moskvadakı danışıqlar zamanı atəşkəsin qurulması, Soçi Memorandumunun şərtlərinə qayıtmaq və birgə patruletmə məsələlərini müzakirə ediblər.

“Əgər Moskvadakı danışıqların nəticəsi olmasa, o zaman yaxın günlərdə danışıqlar prezidentlər səviyyəsində davam etdirilə bilər”, - deyə M. Çavuşoğlu qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...