Rusiyalı kosmonavtlar ümumimilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycanda səfərdə olan kosmonavt Maksim Surayevin iştirakı ilə bir qrup rusiyalı kosmonavtlar bu gün ümumimilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər və ona öz dərin ehtiramlarını bildiriblər. SİA-nın məlumatına görə, onlar həmçinin Fəxri Xiyabanda görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edərək önünə əklil qoyublar.
Rusiyalı nümayəndə heyəti daha sonra Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş vətən oğullarının xatirəsini anıblar. Rusiyalı nümayəndə heyətini "Azərnəşriyyat"ın direktoru Ağabəy Əsgərov müşayiət edib. Hazırda rusiyalı kosmonavtların Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ilə görüşləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB