Liviya hökuməti seçki və ya referendum keçirməyə hazırdır

Liviya hökuməti seçki və ya referendum keçirməyə hazırdır
Liviya hökuməti siyasi islahatları, seçki və ya referendum keçirməyə hazırdır, lakin yalnız Müəmmar Qəddafi ölkənin başında qalmaadığını yalnız xalq seçə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Liviya hökumətinin nümayəndəsi Musa İbrahim deyib.

" Biz istənilən siyasi sistem qura bilər, konstitusiyada, seşki sitemində vı digər sahələrdə istənilən dəyişiklik edə bilərik. Lakin vacib məsələ işləri təşkil edən liderin olmasıdır"- deyə Musa İbrahim bildirib.
Qeyd edək ki, Liviyada cari ilin fevralında başlanan anti-hökümət çıxışları vətəndaş müharibəsinə qədər yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə