Yaponiyanın Milli Polis Agentliyi martın 11-də Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində 12 min 341 nəfərin həlak olması ilə bağlı xəbər yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu gün saat 10:00-a olan rəsmi məlumata görə, Myaqidə -7 min 530, İvatedə - 3 min 592, Fikusimada isə - min 159 nəfər ölüb.
İtkin düşənlərin sayı 15 min 374 nəfərdir. Polisin verdiyi məlumata görə hadisə nəticəsində 140 min bina zədələnib, 46 min tikili tamamilə məhv olub. Bundan əlavə Yaponiyanın Xarici İşlər Nazirliyi 19 əcnəbinin öldüyünü təsdiqləyib. Ölənlər arasında ABŞ, Çin, Şimali Koreya, Cənubi Koreya, Tayvan, Kanada,Pakistan, Filippin vətəndaşları olub.
Yaponiya XİN-i onlarla əcnəbinin itkin düşdüyü barədə də məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB