“Mitinq keçirməsinə heç bir ehtiyac yoxdur” RƏY-ÖZƏL

"Onların adına dağıdıcı müxalifət deyirik". Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, demək olar ki, bunlar ancaq dağıtmağa öyrəniblər, qurmağa yox: "Ancaq dağıtsınlar, yerinə nə qurulacaq bunları maraqlandırmır. Ona görə də, müxalifət təmsilçiləri mitinq keçirməyə israrlıdır. İkincisi də, mitinq keçirmək üçün dövlət yer ayırıb. Bu baxımdan müxalifət öz mitinqlərini dövlət tərəfindən ayrılan həmin yerlərdə keçirməlidir. Görünən odur ki, onlar Bakının mərkəzində aksiya keçirmək istəyindədirlər. Müxalifət nə üçün qadağan olunmuş yerlərdə mitinq keçirmək istəyir? Qanunla, metro stansiyalarının yanında mitinq keçirmək qadağandır. Belə olan halda nə üçün məhz 28 may metro stansiyasının qarşısına təyin edirlər mitinqi. Bunu özü elə böyük bir qanun pozuntusudur. Əgər qanun tələb edirsənsə, qanuna əməl etməlisən qanunu pozmalı deyilsən. Müxalifətin planları baş tutmayıb, onların xaricidə ki, ağaları, özləri bir nəticə əldə edə bilmədilər. Hətta ən güvəndikləri Avropa təşkilatları seçkinin normal keçirilməsi barədə bəyanatlarla çıxış etdilər. Belə olan halda, müxalifət əhəmiyyətsiz şəkildə hay-küy salır, aksiyalar keçirəcəklərini bildirirlər. Əlbəttə ki, müxalifətin belə bir mitinqlər keçirməsinə heç bir ehtiyac yoxdur. Əgər keçirmək istəyirlərsə qanunla onlara icazə verilən yerdə gedib, mitinqlərini keçirə bilərlər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...