“Qarşılıq yaratmağa çalışanların ipləri öz əllərində deyil” RƏY-ÖZƏL

“Qarşılıq yaratmağa çalışanların ipləri öz əllərində deyil” RƏY-ÖZƏL

“9 fevral parlament seçkiləri azad və ədalətli şəraitdə keçdi”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, istər seçicilər, istərsə də öz namizədliyini irəli sürmüş insanlar həddindən çox fəal idilər: Bu özü müsbət bir göstəricidir. Bu əhalinin Milli Məclisin formalaşmasına olan münasibəti idi. Milli Məclis nədir? Azərbaycanda qanunverici hakimiyyət, qanunverici hakimiyyət isə dövlət hakimiyyətinin üç əsas qanadından biridir. Yəni bu bir daha göstərir ki, seçicilər və seçkidə namizəd kimi iştirak edənlər dövlətimizin taleyinə biganə deyillər. Seçicilərin və seçkilərdə iştirakçıların bu dərəcədə fəal olması Azərbaycan cəmiyyətinin həm də siyasi baxımdan çox irəli getdiyini göstərir. İnsanlar öz dövlətinin taleyinə biganə deyillər və Konstitusiyamızda göstərildiyi kimi, hakimiyyətin mənbəyi xalqdır. Yəni hakimiyyəti xalq formalaşdırır. Bu özü çox yaxşı haldır. Qaldı ki, bu gün bu prosesdən istifadə edib xüsusilə də seçkilərdə iştirak etməyən, seçkiləri müşahidə etməyən radikal müxalifətin bir kəsiminin daha da bu məsələlərdən istifadə edib yalan fikirlər yayması bu yol verilməzdir. Dediyim kimi, bu seçkilər hər bir kəsin gözünün önündə keçdi, hə bir kəs bu prosesdə iştirak etdi. Yəni hər bir Azərbaycan vətəndaşı istər seçici qismində, istərsə də namizəd qismində bu seçkilərdə fəal şəkildə iştirak etdi. MSK-nın qarşısında pozuculuq aktı törətməyə, hətta zor gücünə içəri daxil olaraq qarşılıq yaratmağa çalışanlar isə, ipləri öz əllərində olmayanlar idi. Bu cür hallara qarşı sərt tədbirlər görülməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə