Tektonik aktivləşmə nəticəsində Şirvan-Salyan ərazisindəki yollarda çatlar əmələ gəlib
"Salyan-Hacıqabul rayonları ərazisində baş vermiş torpaq aralanması Qərbi Xəzər lineamentinin aktivləşməsinin nəticəsində əmələ gəlib". Bu fakir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya daxil olan məlumatda yer alıb.
Xəbərdə deyilir ki, fevralın 28-də Salyan-Hacıqabul rayonları ərazisində maqnitudası 2,3-2,8 bal gücündə olan zəlzələlərdən sonra Hacıqabul rayonu ərazisində baş vermiş torpaq aralanması hadisəsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri həmin əraziyə baxış keçiriblər.
Baxış zamanı ərazidə baş verən torpaq parçalanmasının Qərbi Xəzər lineamentinin aktivləşməsinin nəticəsində əmələ gəldiyi müəyyən olunub.
Hacıqabul və Qobustan rayonları bu translitosfer yarığının üzərində yerləşdiyinə görə Hacıqabul rayonunda 05 mart 2011-ci il tarixdə maqnitudası 3,5 bal gücündə olan zəlzələ baş verib, Qobustan rayonu ərazisində isə 13 mart 2011-ci il tarixində Şixzairli və Ərəbşahverdi palçıq vulkanları aktivləşib.
Məlumatda həmçinin o da bildirilir ki, lineamentin təsir zonasında yerləşən Kürsəngi-Xıdırlı sahəsində bir neçə palçıq vulkanı qrifonları da bu tarixlərdə aktivləşib. Neotektonik aktivləşmə nəticəsində Qərbi Xəzər translitosfer yarığı boyunca yerləşən Muğanlı, Şərədil və Acıdərə (Bakı -Şamaxı yolunun 106-107-ci kilometrliyi) sürüşmə sahələrində də aktivləşmə müşahidə olunub.
Tektonik aktivləşmə nəticəsində Şirvan-Salyan magistral avtomobil yolunda və Yeni Xələc kəndində bir neçə evdə çatlar əmələ gəlib.
Eni 10-20 km olan bu translitosfer yarığının aktivləşməsinin yer səthində müşahidə olunması unikal bir geoloji hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB