"Seçilənlər qanunvericiliklə daha fəal məşğul olmalıdırlar" ÖZƏL-MÜNASİBƏT
"Erkən seçkini dövlət başçısı suallara cavab verərkən belə izah etmişdi ki, birincisi, yeni parlament və yeni millət vəkilləri daha fəal şəkildə qanunvericiliklə məşğul olmalı, ikincisi isə öz dairələrinə bağlı olmalıdırlar". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu deyib.
“Ümid etmək istərdim ki, yeni seçilən millət vəkilləri məhz bu işdə fəaliyyətlərini genişləndirəcəklər. Yeni gənclər var seçilənlər arasında və yeni simalar da görəcəyik ki, onların aktivliyindən də çox şey asılıdır. Düzdür, dünəndən Facebook səbəkəsində seçki pozuntuları ilə bağlı çox görüntülər var. Ümid etmək istərdim ki, bu pozuntular da ciddi şəkildə araşdırılacaq və digərlərinə də dərs olması üçün günahkarlar ciddi surətdə cəzalandırılacaq. Çünki, bizə mütləq şəffaf və demokratik seçki lazımdır ki, həm keyfiyyətli parlament fəaliyyətə başlasın, həm də beynəlxalq təşkilatların da əlinə bəhanə verilməsin ki, Azərbaycana qarşı hərhansı bir hesabatda istifadə etməsinlər”, deyə siyasi şərhçi E.Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB