Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
SİA xəbər verir ki, Milli Məclisdəki 125 deputat yeri uğrunda 1314 deputatlığa namizəd mübarizə aparacaq. Deputatlığa namizədlərin 21% qadın, 79%-i kişidir.
Parlament seçkiləri 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsi əhatə edəcək.
Ümumilikdə Azərbaycanda bu günə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib.
Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.
Seçkidə 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edəcək. Seçki üçün 5 387 600 bülleten çap edilib.
Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Milli Məclisə seçkilərdə ən çox namizədi olan partiya Yeni Azərbaycan Partiyasıdır. YAP-ın 122 namizədi seçkilərə qatılıb. Müsavat Partiyasının 23, Ümid Partiyasının 19, BAXCP-nin 13, VAP-ın 12 deputatlığa namizədi var.
Qeyd edək ki, ən yaşlı seçicinin 126 yaşı var. Onun adı Allahverdiyeva Səmərqənddir. Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var.
99 nəfərin 18 yaşı səsvermə günü tamam olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB