“Sosial-iqtisadi təşəbbüslərin dəstəklənməsində QHT-lərin rolunun artırılması” layihəsinin təqdimatı olub

“Sosial-iqtisadi təşəbbüslərin dəstəklənməsində QHT-lərin rolunun artırılması” layihəsinin təqdimatı olub

Hüquqi və Demokratik İslahatlar Mərkəzi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə hesabının "Sosial-iqtisadi təşəbbüslərin dəstəklənməsində QHT-lərin rolunun artırılması" layihəsinin təqdimatını keçirib. SİA-nın xəbərinə görə, çıxış edən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev ölkəmizdə davamlı inkişafa nail olunduğunu və bu inkişafın əsas xəttini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın xüsusi rola malik olduğunu bildirib.

Qeyd edib ki, Dövlət Proqramlarının tətbiq olunması ilə bölgələrdə geniş miqyaslı quruculuq və abadlıq işlərinə nail olunmuş, əhalinin yaşayış durumu və sosial vəziyyəti daha da yaxşılaşmışdır. Birinci Dövlət Proqramında 800 minə yaxın yeni iş yeri yaradılmışdırsa, İkinci Dövlət Proqramında 500 minə yaxın yeni iş yerinin açılacağı nəzərdə tutulur. Təşkilat sədri monitorinqin nəticələrinə əsaslanaraq, qeyd edib ki, hərtərəfli inkişafın təmin olunması baxımından böyük nailiyyətlər əldə olunsa da, Dövlət Proqramının icrası prosesində müəyyən çatışmazlıqlar qeydə alınıb.

İ.Əliyev fikrini onunla əsaslandırıb ki, sahibkarlar beynəlxaq investisiyalarının təşviqi ilə bağlı məlumatların əldə olunmasına və digər sahələrdəki müvafiq informasiyalara malik olunmalarında müəyyən çətinliklərə və problemlərə məruz qalıblar. Məhz buna görə də, Hüquqi və Demokratik İslahatlar Mərkəzi olaraq, sahibkarların çalışdıqları sahələr üzrə əməkdaşlıq etdikləri müəyyən dövlət qurumları, yaxud da xarici ölkələrin müəyyən biznes strukturları ilə əlaqələrin qurulmasında QHT-in rolunun genişlənməsinin vacibliyini nəzərə alaraq, "Sosial-iqtisadi təşəbbüslərin dəstəklənməsini QHT-in rolunun artırılması" layihəsinin həyata keçiriliməsinə zərurət olduğunu bildirib.

İ. Əliyev layihənin həyata keçirilməsi ilə sahibkarlar üçün maarifləndirici işlərin aparılmasına çalışacaqlarını bildirib. Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri layihənin məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, layihənin icrası prosesində bütün subyektlərin dövlət orqanları və sahibkarlar arasında qarşılıqlı faydalı əməkdaşlığın təmin olunmasına çalışılacaqlar. Eyni zamanda Dövlət Proqramının icrası gedişində əldə olunan nəticələr barədə ictimaiyyəti, eləcə də mətbuata vaxtaşırı məlumatlar veriləcək. Həmçinin dövlət proqramına icrasının məsul şəxslər üzərində ictimai nəzarətin həyata keçirilməsi üçün Hüquqi və Demokratik İslahatlar Mərkəzi layihə çərçivəsində müəyyən tədbirlərin həyata keçirilməsi də nəzərdə tutur.

İ. Əliyev çıxışında layihədə faydalananların sayının kifayət qədər cox olacağını və QHT, KİV, dövlət strukturlarının əməkdaşları, sahibkarlıq subyektləri, iqtisadçılar, bu sahə üzrə mütəxəssislər layihədən faydalanacaqlarına ümid bəslədiyini bildirib. Layihənin həyata keçirədəciyi coğrafi ərazidən danışarkən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İ. Əliyev bildirib ki, ilkin olaraq, Bakı şəhərində bir neçə tədbirin nəzərdə tutulduğunu və eyni zamanda, bu tədbirlərin Xaçmaz və Qəbələ rayonlarında seminarların keçirilməsi ilə davam etdiriləcəyini bildirib. İ.Əliyev seminarlarda QHT əməkdaşlarının, müxtəlif jurnalist təşkilalarının, həmçinin dövlət proqramının icrasına məsul edilmiş müvafiq hakimiyyət orqanlarının nümayəndələrinin və sahibkarlıq subyektlərinin əməkdaşlarının iştirakının nəzərdə tutulduğunu bildirib.

Eyni zamanda, tədbirdə Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elman Cəfərli, təşkilatın hüquqşunası Murtuzəli Abbasov, "Azad Azərbaycan" qəzetinin baş redakoru Asəf Abbasov, "SİA"-nın icraçı direktoru Vəli Vəliyev, Siyasi Elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlu, İqtisad elmləri doktoru, professor, eks millət vəkili Əli Əlirzayev, "XXI- ci əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmraslonova, "Gənc Yazarlar" İctimai Birliyininin sədri Əkbər Qoşalı və digərləri çıxış edərək Hüquqi və Demokratik İslahatlar Mərkəzinin həyata keçirəcəyi layihənin sahibkarlara veriləcək yeni bir töhfə olacağının bildiriblər.

Dövlət proqramının ikinci hissəsinin icrası prosesində sahibkarlar üçün maarifləndirici xarakterli müəyyən bukletlərin hazırlanması, tədbirlərin, seminarların kecirilməsi və cəmiyyətə proqramın icrası prosesi ilə bağlı məlumatların catdırılmasında bu layihənin önəmi xüsusi ilə olacağını söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə