"Ərdoğanın verdiyi açıqlamalar Kremli qəzəbləndirib" ÖZƏL - MÖVQE
"Rusiyanın bəzi dairələri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Ukraynaya səfəri zamanı əsgərlər qarşısında “Slava Ukraine” salamlamasına etiraz edib". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
"Rus mediası həmin salamlamanın ukraynalı millətçi Stepan Bandera tərəfdarlarına aid olduğunu, həmin salamlamanın qarşılığında da “Qeroyam Slava!” deyildiyini və bunun ruslara qarşı istifadə olunan ifadə olduğunu iddia edirlər. Rusiyanın rəhbərliyi, siyasətçiləri və mediası Stepan Banderaya faşist damğası vurmaqda davam edirlər. Ancaq bunun Ərdoğana nə dəxli var? Kiyevdə əsgərləri salamlama rəsmən “Slava Ukraine” şəklindədirsə, Ərdoğan fərqli nə deməli idi? Ərdoğan Rusiyanın iddiasını yaxşı cavablandırıb: “Ukrayna müstəqil dövlət deyilmi? Ukraynaya hər gələn qonaq əsgərlər qarşısında eyni salamı verir. Türkiyəyə gələn qonaqlar da əsgərlər qarşısında “Merhaba asker” deyir. Burda nə var ki?” Görünən odur ki, Ərdoğanın Kiyevə səfəri və verdiyi açıqlamalar Kremli əməlli başlı qəzəbləndirib...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB