"Bu davam edərsə, hamımız əşyalarımızı yığmalı və Ermənistanı tərk etməliyik". SİA Ermənistana məxsus "Qraparak" qəzetinin yazdığına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasından olan üzvü Qevorq Petrosyan deyib.
"Bu səlahiyyətlilərdən, Ermənistanın hazırki hakimiyyətindən hər şey gözləmək olar. İndi repressiyalar davam edir. Ermənistanda hamıya qarşı repressiyalar göz qabağındadır. Əgər bu davam edərsə, onda hamımız əşyalarımızı yığmalı və Ermənistanı tərk etməliyik”, deyə Q.Petrosyan bildirib.
“Çiçəklənən Ermənistan” partiyasından olan parlament üzvü özlərinin ölkəni tərk etməsini onlara məsləhət görüb və bildirib ki, düşmən ölkə hesab etdiklərinə görə hazırki hakimiyyət özü Ermənistanı tərk etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB