Ermənistan hakimiyyəti hakimlər üçün “kastinqləri” kerçirir? "PAST"

Ermənistan hakimiyyəti hakimlər üçün “kastinqləri” kerçirir? "PAST"

“Ermənistanda dərc edilən “Past” qəzetinin yazdığına görə, Konstitusiya məhkəməsi ətrafında baş verən proseslər demək olar ki, hər gün yeni “çalarlar” sərgiləyir. SİA xəbər verir ki, adıçəkilən nəşrin yazdığına görə, hakimiyyət Konstitusiya məhkəməsinin sədri Hrayr Tomsyanı uzaqlaşdırmaqdan ötrü hər şeyə getməyə hazır olduqlarını gizlətmir. O cümlədən, Konstitusiya məhkəməsinin digər hakimlərinin də uzaqlaşdırılması üçün işlər aparılır.

“Bu günlərdə Nikol Paşinyan bəyan edib ki, Konstitusiya məhkəməsi ətrafında yaranan böhran tez bir zamanda həll olunacaq”, yazan “Past” onu da qeyd edir ki, hakimiyyət hətta daxili qanunları hesabına işlərindən uzaqlaşdırılacaq yeddi hakimin yerinə “kastinq” də keçirib.

“Baxmayaraq ki, Konstitusiya məhkəməsinin hakimləri total təzyiqlərə rəğmən, vaxtından əvvəl təqaüdə çıxmaları barədə düşünmədiklərini, təslim olmayacaqlarını bəyan ediblər, hakimiyyət kuluarlarında yeni namizədlərin adları ətrafında fikirlər səslənməyə başlayıb”, erməni nəşri yazır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə