Suraxanı Atəşgahını təmir etmək üçün Hindistandan Azərbaycana gələcək iki mütəxəssisin kimliyi məlumdur. SİA-nın məlumatına görə, bu sözləri Hindistanın Azərbaycandakı səfiri Debnat Şau jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də həmin mütəxəssisləri qəbul edəcəyini təsdiqləyib.
Səfir mütəxəssislərin bu ilin birinci yarısına qədər Azərbaycana gələcəyini deyib. Mütəxəssislərdən birinin qədim yazıların oxunması üzrə ixtisaslaşdığını söyləyən səfir digərinin arxeoloji məsələlər üzrə ixtisaslaşdığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB