Millət vəkili: "Soyqırımları dünya xalqlarına göstərərək nəyin doğru nəyin yalan olduğunu göstərə bilərik”
31 Mart soyqırımı bizim üçün ağır gündür. Tarix boyu ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə düçar olub. SİA-nın xəbərinə görə, bu sözləri millət vəkili Qənirə Paşayeva ermənilərin 20-ci əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdiyi 31 Mart soyqırımına münasibət bildirərkən vurğulayıb. Erməni vəhşiliyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalı olduğumuzu deyən millət vəkili bildirib ki, azərbaycanlılara qarşı tarix boyu soyqırımı aktları törədən ermənilər indiyə kimi cəzalandırılmayıb. O, ermənilərin ən azından tarix qarşısında cavab verməli olduğunu ifadə edib.
Q. Paşayeva eyni zamanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu deyib: "Bunun bir çox səbəbləri var. Birinicisi, biz bununla erməni yalanlarının yəni ermənilərin iddia etdiyi uydurma soyqırımın qarşısını ala bilərik. Dünya görər ki, əslidə 1915-18-ci illərdə bu coğrafiyada eyni zamanda Türkiyə ərazisində toplu məzarlıqlar ermənilərin əli ilə yaradılıb. Eyni zamanda Azərbaycanda erməni silahlı dəstələri tərəfindən və onların havadarlarının dəstəyi ilə soyqırımı törətdilər. Onlar bu dəstəyi ən çox silah baxımından alırdılar. Bu soyqırımları dünya xalqlarına göstərərək nəyin doğru nəyin yalan olduğunu göstərə bilərik".
Azərbaycanda törədilən Xocalı və Bağanis Ayrım soyqırımından danışanda müəyyən təşkilatlar buna 20-ci əsrin sonunda Sovetin dağılması ilə ortaya çıxan konfliktlərin bir nəticəsi olaraq gördüklərini vurğulayan millət vəkili reallıqların göstərmək vaxtının yetişdiyini qeyd edib: "1918-ci ilin mart ayında Bakı, Şamaxı, Salyan, Quba, Lənkəran, Göyçay və digər bölgələrdə, həmçinin Göyçə, Zəngəzur mahallarında erməni vandalları görünməmiş vəhşiliklər törədiblər. Həmin günlərdə Azərbaycanın minlərlə kəndi yerlə-yeksan edilib, 100 minlərlə azərbaycanlı faciə qurbanına çevrilib. Amma biz bu faktları üzə çıxardıb göstərməliyik ki, bu 20-ci əsrin əvvəlində baş verən bir məsələ deyil. Bu ermənilərin bizim torpaqlarımıza köçürülməsi ilə və bufer zona yaratmaq istəyi ilə başlayan hadisələrdir. Bu soyqırımların beynəlxalq ictimaiyyət tərəfindən lazımı dərəcədə baxılmaması və görmək istəməməsi yeni cinayətlərə yol açır. Çünki cəzasız qalan cinayətkar yeni qətliamların, cinayətlərin əsasını qoyur. Azərbaycanlılar erməni soyqırımı yalanları qarşısında sipər olmalıdır. Eyni zamanda bütün türk xalqları birləşməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB