Baş Prokurorun müavini: “Ermənilərin əməllərini tarixçilərin köməyi nəticəsində istintaq yolu ilə üzə çıxarıb onları ifşa edəcəyik”
"2007-ci ildə Qubada kütləvi soyqırımı məzarlığı aşkar ediləndə Baş Prokurorluq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna, Milli Təhlükəsizlik, Daxili İşlər, Səhiyyə nazirliklərinə müraciət edib. Bundan sonra baş prokurorun yanında birgə əməliyyat müşavirəsi keçirilib və qərara alınıb ki, orada arxeoloji işlər aparılsın və istintaqçılar da orada müəyyən tədbirlər keçirsinlər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov deyib. Onun sözlərinə görə, bunun nəticəsidir ki, 2010-cu il mayın 26-da baş prokurorun qərarı ilə həmin hadisələrlə bağlı cinayət işi qaldırılıb və çox geniş istintaq-əməliyyat qrupu yaradılıb. R.Usubov bildirib ki, həmin qrupa Baş Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri rəhbərlik edirlər.
"Qrupun tərkibinə Quba, Şamaxı, Dəvəçi, Xaçmaz və Bakı prokurorluqlarının müstəntiqləri də daxil ediliblər. Çox geniş istintaq-əməliyyat planı tərtib olunub. Tarix İnsitutunun alimləri ilə birgə işlər aparılır və bu istintaq əməliyyatlarının nəticələrini görəcəksiniz", - deyə o əlavə edib.
R. Usubov qeyd edib ki, Azərbaycan arxivlərindən 1918-ci ildə məlum hadisələrlə bağlı yaradılan Fövqəladə Təhqiqat Komissiyasının materialları götürülüb, sənədlər ingilis, fransız, rus dillərinə tərcümə olunaraq, bütün beynəlxalq qurumlara göndərilib. Ermənilərin 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı törətdiyi əməllərin qatı cinayət əməlləri olduğunu deyən baş prokurorun birinci müavini vurğulayıb ki, bu əməlləri tarixçilərin köməyi nəticəsində istintaq yolu ilə üzə çıxarıb erməniləri ifşa edəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB