Məcid Əhmədov: “Mənfi qüvvələr ölkə gənclərinə psixoloji təsir etməyə çalışsalar da, məqsədlərinə nail ola bilməyəcəklər” - DEBAT (SƏS TV)

Məcid Əhmədov: “Mənfi qüvvələr ölkə gənclərinə psixoloji təsir etməyə çalışsalar da, məqsədlərinə nail ola bilməyəcəklər” - DEBAT (SƏS TV)

- YAP-ın rayon gəncləri adından gənclərin ictimai-siyasi həyatdakı rolunu yetərli hesab edə bilərsinizmi?


Əhmədov Məcid: - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla dövlətimiz gənclərə çox böyük diqqət və qayğı göstərir. Bu qayğı rayon gənclərinin inkişafında da özünü göstərir. Xəzər rayon gəncləri Yeni Azərbaycan Partiyasını hər an dəstəkləmiş, onun təşkil etdiyi tədbirlərdə aktiv iştirak etmiş, kənardan göstərilən təsirlərə müqavimət göstərmiş, yad fikirlərə heç zaman uymamışdır. Misal üçün onu qeyd etmək istəyirəm ki, YAP-ın təşkil etdiyi yay düşərgələrində, qış məktəblərində Xəzər rayonunun gəncləri ilə yanaşı bir sıra gənclər aktiv iştirak edib. Bununla biz YAP-a olan sədaqətimizi onun düzgünlüyünə inanmağımızla hər zaman bildirmişik. YAP Xəzər rayon təşkilatı bizə və bütün gənclərə diqqət qayğı göstərir. Biz də öz növbəmizdə YAP gəncləri olaraq kənardan gələn fikirlərə uymamışıq, hər zaman Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşmişik, ona layiq fəaliyyət göstərməyə çalışmışıq.


Fətəliyev Rusif: - Bu gün Azərbaycanda gənclərin YAP-a olan inamı daha yüksəkdir. Bu, bizim ictimai-siyasi həyatda olan mövqeyimizdən irəli gəlir. Yasamal rayonunun gəncləri ictimai-siyasi həyatda aktiv iştirak etməyə çalışır. Gənclərimiz şəhid ailələri ilə görüşlər keçirir, bir sıra tədbirlərdə yaxından iştirak etməyə çalışırlar. Gənclərimizin mütəşəkkil şəklində fəaliyyət göstərməsinə isə YAP Gənclər Birliyi şərait yaradır. Partiya tərəfindən təşkil olunan bir sıra tədbirlər gənclərin daha sıx birləşməsinə bir-birlərinin yaxından tanımasına imkan yaradır. Bu vasitə ilə biz digər rayonların gəncləri ilə tanış olur, onlarla diskussiya apara bilirik. Bu da gənclər üçün çox müsbət haldır. Bu gün gənclərimizə ölkə başçısı tərəfindən böyük qayğı və diqqət göstərilir. Bu qayğı ulu öndərdən qalan adət- ənənədir. Bu gün Azərbaycanda YAP Gənclər Birliyi irəli getməkdədir. Bütün bu proseslər xalqın gözü önündə baş verir.


- Ölkə başçısı İlham Əliyev tərəfindən ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq daim gənclərə diqqət, qayğı göstərilir. Buna baxmayaraq təəssüf ki, müxalifətdə olan gənclər liderlərinin qərəzli təbliğatına uyaraq küçələrə çıxmağa və bununla da ictimai asayışı pozmağa çalışırlar. Bu təəssüf doğuran hala münasibətiniz?

Məmmədov Araz: - Mən bu fikirlərlə tamamilə razıyam. Əlbəttə ki, dövlət başçısı İlham Əliyev və ondan öncə ulu öndər Heydər Əliyev gənclərə böyük diqqət ayırıb. Bunun bariz nümunəsi kimi 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılmasını göstərə bilərik. Əlbəttə, həmin ildən başlayaraq gənclərə diqqət daha da artdı. Bundan sonra bir çox gənclər təşkilatları yarandı ki, bu da nəticə etibarı ilə gənclər siyasətinin, ölkəmizin gələcəyinin inkişafına gətirib çıxardı. Həqiqətən də bugünki Azərbaycan gəncləri daha böyük uğura imza atıb. O ki qaldı, müxalifətin mövqeyinə, onların hərəkətinin bizə heç bir təsiri yoxdur. Onlar Azərbaycanda öz mövqelərinin möhkəmləndirməyə, ətrafına öz əqidələrinə uyğunlaşdırdıqları gəncləri yığmaqla ölkəmizin beynəlxalq imicinə xələl gətirməyə çalışırlar. Lakin bu mümkün deyil.


- Gələcəyimiz olan gənclər Azərbaycanın gələcəyi üçün bu gün xeyirli işlər görə bilirmi?


Əhmədov Məcid: - Ölkəmizdə istənilən gəncin inkişafı üçün geniş şərait yaradılıb. Azərbaycan gəncləri bu gün istənilən sahədə yüksələ bilərlər. Məsələn, təhsil, mədəniyyət, siyasət sahəsində hər bir gəncin irəli getməsi üçün lazımı şərait yaradılıb. O ki qaldı gənclərimizn hər hansı bir iş görməsinə, elə gənclərimiz var ki, onalar ölkəmizin inkişafında, dünya ölkələri arasında tanınmasında əllərindən gələni edirlər. Lakin müəyyən qüvvələr də var ki, belə gənclərə mane olmağa, onlar arasında fikir ayrılığı yaratmağa çalışırlar. Gənclər sahəsində görülən inkişafı qısqanaraq həmin qüvvələr bu nailiyyətlərin qarşısını almağa cəhd edirlər. Mənfi qüvvələr ölkə gənclərinə psixoloji təsir etməyə çalışsalar da buna nail ola bilmirlər. Çünki buna heç bir əsas yoxdur.


Fətəliyev Rusif: - Bu gün bildiyimiz kimi ölkəmizdə demokratiya, iqtisadiyyat sürətlə inkişaf edir Biz artıq inkişaf etmiş ölkələr sırasına daxil oluruq. Azərbaycan gəncliyi inkişaf edir, ölkəmizdə sağlam gənclər üstünlük təşkil edir, ölkəmiz üçün çox iş görürülür. Dövlət hesabına xaricdə təhsil alan kifayət qədər tələbələrimiz var ki, onlar ölkəmizin dünya ölkələri sırasında layiqli yer tutması istiqamətidə mühüm işlər görürlər. Bundan əlavə Azərbaycanda mühüm strukturlarda çalışan savadlı, perspektivli gənclər də var ki, onların fəaliyyətini xüsusi qeyd etmək olar. Lakin bütün bunların arxasında dövlətin gənclərə yaratdığı imkan dayanır. Hər bir gənc bu qayğıya qiymət verməlidir.

 

- Müəyyən qüvvələrin təsiri altında olan gəncləri səhv yoldan çəkindirmək üçün siz gənclər hansısa çağırışlar və ya əməli addımlar atırsınızmı?

Məmmədov Araz: - Hər kəsə aydındır ki, bu gün internet məkanda olan sosial şəbəkələr gənclərin həyatının mühüm bir hissəsini təşkil edir. Bilirsiniz ki, müxalif gənclərin sosial şəbəkədə "11 mart" adında bir səhifələri var idi və onlar həmin səhifə vasitəsilə gəncləri özlərinə cəlb etməyə çalışırdılar. İndi isə "2 aprel" adında bir səhifələri fəaliyyət göstərir. Biz də həmin şəbəkənin fəal üzvləri olaraq onları fikirlərindən yayındırmağa çalışırıq. Mən belə insanlara dar düşüncəli insanlar adı vermişəm. Çünki yalnız dar düşüncəyə malik olan insan xarici qüvvələrin təsiri altına düşə bilər. Biz onlara ölkədə baş verən həqiqətləri çatdırmaqla onların gözünü açmağa yönəlik fəaliyyət göstəririk. Biz həmin qüvvələri görülən işlərə dəyər verməyə çağırırıq. Əgər biz gənclər görülən işərə dəyər versək, o zaman ölkəmizin inkişafına imza atmış olarıq. Biz yalan faktlara göz yuma bilmədiyimiz üçün onlara cavab verməklə bu addımlardan çəkindirməyə cəhd edirik. Biz bu fəaliyyətimizlə müxalif qüvvələrin 11 mart səhifəsini demək olar ki, çökdürdük. İndiki fəaliyyətimiz 2 aprel səhifəsində davam edir. İnanırıq ki, bu səhifəni də çökdürməyə nail olacağıq.


Fətəliyev Rusif: - Yasamal rayonuda "Sərbəst gənclər" adlı qrup fəaliyət göstərir, hər qrupun müəyyən qədər üzvü var. İstənilən şəxsi oraya yığmaq olar, lakin bu qrup sırf gənclərə aid olduğu üçün müzakirələr yalnız onlar arasında həyata keçirilir. Hazırda 1500-dən çox gənc həmin qrupun üzvüdür. İşimizi qrup vasitəsilə davam edirik. Müxalif qüvvələrin fikirləri əsassızdır. İmkanlarımızdan istifadə edərək, onlar qarşı mübarizə aprır, fikirlərindən yayındırmağa çalışırıq. Onlar elə düşünürdülər ki, gənclər onların fikirlərinə uyacaq. Lakin bu günki gənclərimiz hər şeyi görürür və doğrunu seçməyi bacarır. Bu gün biz ölkəmizin inkişafına mane deyil, əkisnə onun inkişafına kömək olmalı, dövlətimzin ətrafında toplaşmalıyıq.


Əhmədov Məcid: - Azərbaycan gənci olaraq çalışıram ki, həmin insanları başa salım. Onların söhbətləri sadəcə olaraq dedi-qodu xarakteri daşımaqdan başqa heç bir şey deyil. Nə qədər ki, belə gənclər var biz öz mübarizəmizdən dönməyəcək, onları səhv yoldan çəkindirməyə çalışacağıq.


- Bugünki gənclərə sözünüz?

Məmmədov Araz: - Mən gənclərə səslənərək onları bir olmağa çağırıram. Əgər bir olsaq ölkəmizin gələcəyi daha da parlaq olar, daha da inkişaf edər. Xarici qüvvələrin təsirinə düşmək əvəzinə, prezidentimizin yanında olub ona dəstək olmalıyıq.


Fətəliyev Rusif: - Bütün gənclərə səslənib Azərbaycanın gələcəyini dəstəkləməyə çağırıram. Azərbaycan gəncliyi inkişaf edir. Biz bu yolda getməliyik. Gəlin bir olub, millətçiliyimizi qoruyaq.

Əhmədov Məcid: - Azərbaycan gənclərinə səslənib deyirəm ki, heç kimə inanmayın. Mən bir azərbaycanlı gənci olaraq gənclərimizin bölünməsini, fikir ayrılığının yaranmasına imkan verilməsini istəmirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə