Zahid Oruc: “Ermənistan və İranın eyni vəziyyətdə olması onlar arasında əməkdaşlığı zəruri edir”-MÜNASİBƏT
"İran və Ermənistanın regionda siyasi durumu bir-birinə bənzəyir. İranın siyasi, dünyaya qoşulmaq sistemi, ətraf ölkələrlə əlaqələri və əməkdaşlıq vəziyyəti pisdir. O cümlədən dinin hakim kəsilməsi və onun dünyanın ayrı-ayrı dairələrliə münasibətlərinin pozulması, bu vasitə ilə də xüsusilə Qərb, Avropa ölkələri ilə soyuq savaşın aparılması İranı çox çətin bir durumda qoyub". Bu sözləri millət vəkili Zahid Oruc SİA-ya verdiyi açıqlamasında deyib.
O bildirib ki, İrandan fərqli olaraq Ermənistan özünəməxsus coğrafiyaya, əhali imkanlarına, iqtisadi, siyasi vəziyyətə malik olsa da faktiki olaraq hər iki ölkə eyni bir şəraiti yaşamaqdadır. Onun sözlərinə görə, Ermənistan və İranın eyni vəziyyətdə olması sanki onlar arasında əməkdaşlığı zəruri edir.
Millət vəkilinin fikrincə, iki ölkə arasında həyata keçirilən iqtisadi layihələr, dəmiryolu xəttinin çəkilməsi və digər razılaşmalar bir-birlərini vəziyyətdən çıxarmağa yönəlib: "Çox dəqiq iqtsadi hesablamalar var ki, bu layihələr həmin ölkələri böyük iqtisadi problemlərdən çıxarmaq imkanına malik deyil. Ermənistanın nə qədər daxili resurslara malik olduğu hər kəsə bəllidir. Bu daxili resurslar vasitəsilə iqtisadi vəziyyəti yaxşılaşdırmaq mümkün deyil. Belə olan halda dostlarla münasibəti, xüsusilə də Azərbaycan-Türkiyə münasibətlərinə malik olmalıdır. Ermənistan isə bunu etmək gücündə, bəlkə də iqtidarında deyil. Bu vəziyyətdə Ermənstanın bir çıxış yolu qalır ki, bu da İrana pənah aparmalı, onunla iqtisadi əlaqələr qurmalıdır. Amma mənim üçün bu təəccüblü deyil. Ən qəribəsi odur ki, hansısa dönəmdə Azərbaycanla İran arasında olan normal münasibətlər müəyyən dairələr tərəfindən narahatlıqla, etirazla qarşılanırdı. Lakin Ermənistan-İran münasibətləri Qərbdə heç bir qıcıq yaratmır, kəskin münasibət göstərilmir".
Ermənistanda fəaliyyət göstərən İran səfirliyinin bu məsələyə etiraz etməsini arzu edən Z, Oruc bildirib ki, İran Ermənistan əlaqələrinin son dərəcədə şübhəli, qanunsuz, beynəlxalq hüquq normalarına uyğun olmayan tərəflərinə ilk növbədə səfirlik etiraz səsini qaldırmalıdır: "Wikileaks" in məxfi məlumatlarından sonra meydana çıxdı ki, Ermənistana İrandan radiaktiv maddələrin, silahların gəlməsi məsələsi Amerikanın Ermənistandakı səfirliyi tərəfindən kəskin şəkildə mənfi qarşılanıb və onlar Ermənistanın prezidenti Serj Sarkisyana konkret vaxt veriblər ki, bu müddət ərzində məsələləri tənzimləsin. Necə olur ki, öz maraqlarına toxunan məsələ olanda hədə qoyurlar? Lakin bu boyda iqtisadi əlaqələrə etiraz edilmir? Bu çox mühüm bir məsələdir".
Açıqlaması zamanı İran-Azərbaycan münasibətlərinin bundan sonrakı dönəminə toxunan millət vəkili bildirib ki, Ermənistanın əsas məqsədi iki ölkə arasında olan münasibətləri pozmaq olsa da ölkələr arasında əlaqələr davam etməlidir: "Əlbəttə ki, İranla Ermənistan arasında olan əlaqələr bizdə narahatçılıq doğurur. Əgər İran da Türkiyənin davranışlarına uyğun addım atsaydı, sərhədlərini bağlayıb iqtisadi, siyasi münasibətlərdən uzaq olsaydı, o zaman Dağlıq Qarabağ münaqişəsinin həlli daha da yaxınlaşardı. Görünür, Dağlıq Qarabağın indiki vəziyyəti İrana sərfəlidir. Hər bir halda biz İranla müəyyən bir münasibətlərə malikik və orada Azərbaycan vətəndaşları yaşayır. Buna görə biz İranla əlaqələri davam etməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB