Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağ probleminə dair 3 hesabat hazırlayacaq
"Artan beynəlxalq maraq və Rusiya dövlət başçısının birbaşa iştirakına baxmayaraq Qarabağ probleminin həlli perspektivləri indiki məqamda çox aşağıdır". SİA-nın məlumatına görə, bu sözlər Beynəlxalq Böhran Qrupunun hazırladığı hesabatda yer alıb. Hesabatda 2010-cu ilin dekabr ayında ATƏT-in Astana sammitində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı razılaşmanın təmin edilməməsinin bir həyəcan siqnalı olduğu bildirilib.
Təşkilatın ekspertləri bu il özlərinin Dağlıq Qarabağ probleminə dair bir neçə hesabat hazırlamağa hazırlaşdıqlarını qeyd edib. Bunlardan birinin mövzusu təmas xəttində atəşkəs rejimi pozunması ilə yanaşı müharibə bəyanatları olacaq. Böhran qrupunun ikinci hesabatı gərginliyin aşağı salınması və danışıqlar müddətində irəliləmə üçün alternativ təklifləri nəzərdə tutacaq. Üçünçü hesabat isə Dağlıq Qarabağdan zorla köçürülənlərlə bağlı olacaq.
Təşkilat Erməni-Türkiyə əlaqələrinə dair də bir hesabat hazırlayacaq. Hesabatda normallaşma prosesinin dondurulma səbəbləri barəsində şərhlər yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB