“Uğurların təməlində İlham Əliyevin qətiyyətli siyasəti dayanır” DERYA AKDEMİR
“Azərbaycan Prezidenti gördüyü işlərə ölkənin sabahına işıq salır”. Bu fikirləri SİA-ya Türkiyə sənətçisi, Anka - Azərbaycan Mədəniyyət, Rəqs və Sənət klubunun rəhbəri Derya Akdemir Azərbaycanda baş verən uğurlu proseslərlə bağlı fikirlərini bölüşərkən deyib.
Sənətçi bildirib ki, Azərbaycan son illərdə inanılmaz bir inkişaf yolu keçərək bu günlərə kimi gəlib çıxıb və hal hazırda regionda baş verən proseslərdə ən güclü və aktiv aktorlardan birdir. Onun sözlərinə görə, bu uğurların təməlində heç şübhəsiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasət faktoru və komandasının mükəmməl işləri dayanır.
D.Akdemir qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Türk dünyasına miras qoyduğu irs heç şübhəsiz ki, Azərbaycanda uğurla davam etdirilir: "Ölkə başçısının apardığı islahatlar, insan kapitalına verilən önəm, qeyri neft sektoruna dinamik qoyulan sərmayələr insanların Azərbaycanın sabahına ümidlə baxmasına stimul verir: “Çünki artıq harada böyük bir beynəlxalq tədbir keçirilirsə, Azərbaycan həmin tədbirin iştirakçısı, və çox vaxt da təşkilatçısı olur. Azərbaycanın regional və qlobal layihələrdə əminliklə iştirakı onu göstərir ki, ölkə başçısı xalqının tükənməz sevgisinə arxalanır. Məhz bu reallıqdan narahat olan qüvvələr də yox deyil. Amma Azərbaycan dostu sevindirəcək, düşmənə göz dağı verəcək addımlar atmağa alışıb. Bir çox regional və qlobal layihələr imkansız hesab olunsa da, Prezident İlham Əliyevin və Onun sadiq komandasının qətiyyəti sayəsində düşünülmüş və strateji addımlar atılır, xalq-dövlət vəhdətinin gücüsübuta yetirilir”.
Derya Akdemir bu proseslərdə Azərbaycan respublikasının I Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da rolunu xüsusi ilə qeyd edib. O bildirib ki, heç şübhəsiz ki, ölkədə gedən islahatlarda ölkə Prezidenti ilə yanaşı addımlayan, hər zaman proseslərdə ona dəstək verən, Azərbaycan sosial humanitar həyatında aktiv şəkildə rol oynayan, mədəniyyətimizin hamısı Mehriban xanımın fəaliyyəti xüsusi ilə diqqəti cəlb edir: "Hər dəfə Azərbaycana gələndə tanıdığım insanlardan, mədəniyyət və incəsənət xadimlərindən eşidirəm ki, Mehriban xanım mədəniyyətimizə, incəsənətimizə diqqət və qayğı göstərir, mədəniyyət adamlarının problemlərini diqqətdə saxlayır, bir birindən maraqlı, önəmli layihələr həyata keçirir. Hətta artıq bu layihələr ölkə miqyasından kənarda da baş tutur. Yaşadığım Türkiyə Respublikasında da dəfələrlə ölkəmizin Ankaradakı fövqəladə və səlahiyyətli səfiri, hörmətli Xəzər İbrahimin də dəstəyi ilə baş tutan Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlərdə iştirak edəndə eyni duyğuları yaşamışam - nə yaxşı ki, Azərbaycan müstəqildir və nə yaxşı ki, onun Ümummilli Lider Heydər Əliyev siyasi kursuna sadiq rəhbəri və sadiq siyasi komandası var!
D.Akdemir 9 fevralda baş tutacaq növbədənkənar parlament seçkiləri barəsində də danışaraq ümid etdiyini bildirib ki, bu seçkilərdə də Azərbaycan vətəndaşlarının bu gününün və sabahının partiyası olan Yeni Azərbaycan Partiyası və onun layiqli namizədləri uğur qazanacaqlar və ölkə əmin əllərdə sabaha inamla gedəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB