“Xadjimba devrildi, təkrar “prezident seçkiləri” təyin olundu” LE FİGARO

“Xadjimba devrildi, təkrar “prezident seçkiləri” təyin olundu” LE FİGARO

“Sentyabrın 10-da, Abxaziyanın rəhbər postuna seçildikdən iki gün sonra Raul Xadjimba Vladimir Putindən təbrik məktubu aldı. Ötən bazar günü isə, şübhəli seçkilərdən dörd ay sonra abxaziyalı “prezident” etirazçıların tələbi və müxalifətin özünü haqlı sayması fonunda istefaya getdi”. SİA xəbər verir ki, bu barədə “Le Figaro”nun Tbilisidəki təmsilçisi Rejis Jante yazıb.

“Belə halların Abxaziyada yaxud Moskva tərəfindən dəstəklənən digər separatçı respublikalarda tez-tez baş verdiyi üçün Kremlin vəziyyəti sakitləşdirməkdən ötrü emissarlarını ora göndərməkdən başqa çıxış yolu qalmadı. Bazar günü günorta vaxtı prezident Putinin tanınmış köməkçisi Vladislav Surkovun Abxaziyaya gəlişindən iki saat sonra Raul Xadjimba mübarizədən kənara çəkildi. Təxminən 2014-cü ildə Aleksandr Ankvab Raul Xadjimbanın etirazları zamanı öz kreslosundan eyni vəziyyətdə qovulmuşdu”, məqalədə bildirilir.

“Abxaziya bütünlüklə Moskvadan asılıdır. Bütün namizədlər rusiyayönlüdürlər ya da bu kimi görünməyə çalışırlar, ona görə də Kreml imkan yaradır ki, hər şey öz növbəsi ilə olsun”, abxaziyalı yüksək çinli məmurlardan biri anonimliyini saxlamaq şərti ilə fransız nəşrinə bildirib.

“2008-ci ildəki rus-gürcü müharibəsindən sonra yalnız Rusiya, Suriya, Nikaraqua, Venesuela və Nauru tərəfindən tanınan “respublikada” ötən ilin yazında Xadjimbanın əsas rəqibi Aslan Bjaniya ağır metal tərkibli zəhərlənmədən sonra az qala həyatını itirmişdi”, məqalənin müəllifi yazır.

“Bunun ardınca seçkilər Xadjimbanın əsas rəqibi olmadan keçdi, hansı ki, onun özü də sovet KQB-nin sıralarındandır. Lakin gedən “prezident” ikinci tura razı olmaq məcburiyyətində idi. Sentyabrın 8-də o 1992-1993-cü illərin müharibə veteranı, qısa zamanda Bjaniyanı əvəzləmiş Alxas Kvitsiniyaya məxsus 46,19%-ə qarşı 47,38% səs topladı”, “Le Fiqaro” yazıb. SİTAT: Kvitsiniya dərhal seçkilərin nəticələri üzərində mübahisəyə qalxdı. O, müvafiq idarələrin fəaliyyətsizliyindən danışaraq, yanvarın 9-da noyabırn sonlarında Xadjimbanın şəxsi qvardiyası tərəfindən öldürülən və kriminal avtoritetin qohumu olan Axro Avidzboyun rəhbərliyi altında bir neçə yüz nəfərlə “prezident administrasiyasını” hücumla ələ keçirdi”.

“Vəziyyəti sabitləşdirmək üçün Abxaziya “parlamenti” martın 22-də təkrar prezident seçkilərinin keçirilməsi qərarını verdi. Lakin bu seçkilər Xadjimbasız baş tutacaq”, fransalı müxbir Rejis Jante sonda qeyd edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə