Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi: “Müxalifətin keçirmək istədiyi aksiyalara gənclərin dəstək verəcəyi haqda fikirləri əsassız sayıram” - MÜNASİBƏT

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi: “Müxalifətin keçirmək istədiyi aksiyalara gənclərin dəstək verəcəyi haqda fikirləri əsassız sayıram” - MÜNASİBƏT
"Azərbaycan gəncləri bu gün dövlətçiliyin, prezidentin arxasındadır. Müxalifətin ixtişaş törətmək istəyinə Azərbaycan gənclərinin dəstək verməməsi bunun əyani subutudur. Çünki gənclər həqiqəti görür və bilir ki, yaxşı və pis olan nədir?". Bu barədə SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Emil Ələkbərov gənclərin müxalifətin keçirdiyi aksiyalara qoşulmadığına münasibət bildirərkən deyib. O bildirib ki, ölkədən kənarda baş verən hadisələr barəsində məlumatımız kifayət qədərdir. Onun sözlərinə görə, əgər belə xoşagəlməz hallar Azərbaycanda baş verərsə, bu ölkəmizin gələcəyi, müstəqilliyimiz təhlükə altına düşə bilər. Emil Ələkbərovun sözlərinə görə, Azərbaycanda müstəqillik möhkəm təməllər üzərində qurulub: "Ona görə də, müxalifətin keçirmək istədiyi aksiyalara gənclərin dəstək verəcəyi haqda fikirləri əsassız sayıram, biz ölkəmizin sabahına böyük ümidlər bəsləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə