BMT-nin mənzil-qərargahında Beynəlxalq Novruz Günü münasibətilə konsert keçirilib
BMT-nin mənzil-qərargahında Beynəlxalq Novruz Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyətləri Təşkilatının (TÜRKSOY) üzv dövlətlərinin təşkilatçılığı ilə konsert keçirilib. Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən SİA-ya verilən xəbərə görə, konsertdən əvvəl BMT Baş Assambleyasının 65-ci sessiyasının Prezidenti, Türkiyə parlamentinin sədri və TÜRKSOY-un Baş katibi çıxış ediblər. Konsertdə Azərbaycanın incəsənət və mədəniyyət nümayəndələri Gülyanaq Məmmədova, Ehtiram Hüseynov, Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış ediblər. Tamaşaçılar həmvətənlərimizin çıxışlarını böyük heyranlıqla izləyərək onları ayaq üstə alqışlayıblar.
Konsertdə Azərbaycanla yanaşı Qazaxıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Başqırdıstan, Xakasiya və Tuva (R.F), Qaqauz (Moldova) və Krımdan (Ukrayna) olan incəsənət nümayəndələri də çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB