Liviyalılar ortaq dil tapa bilərlər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, BMT-nin baş katibi Pan Gi Mun Liviya lideri Müəmmər Qəddafinin nümayəndələri ilə Liviya müxalifəti nümayəndələri arasında görüş təşkil olunacağını bildirib. O, qeyd edib ki, görüşün Əddisəbədə təşkil olunacaq Afırika Birliyinin iclasında baş tutacağını deyib: "Bu görüş ölkədə atəşkəs əldə etmək və siyasi razılıq əldə etmək üçün cəhdlərdən biridir. Eyni zamanda Liviya rəsmiləri mənə dəflələrlər atəşkəs elan etdiklərini deyiblər. Biz bu məsələnin heç bir sübutunu görməmişik. Əksinə bir sıra şəhərlərdə döyüşlər davam edib. BMT Təhlükəsizlik Şurası Liviyanın qətnaməyə uyğun hərəkət etməyəcəyi təqdirdə əlavə tədbirlər də görə bilər".
Əməliyyatların məqsədinə toxunan Pan Gi Munun koalisiya qüvvələrinin hücumunun bu rejimi dəyişmək yox, mülki insanları qorumaq olduğunu xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB