"İndiki müxalifət 26 ildir uğursuzluq zolağındadır və bu zolaqdan da çıxa bilmir". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, səbəbi də siyasi müxalifliyin əlifbasını belə bilməmələri və öyrənmək istəməmələridir: "Əlifba isə ondan ibarədir ki, gərək siyasətlə məşğul olan, yəni siyasi hakimiyyət uğrunda mübarizə aparan hər bir qurum, demokratik ölkələrin əsas prinsipi kimi xalqdan dəstək almağa çalışsınlar. Çünki, digər demokratik cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da hakimiyyətin mənbəyi xalqdır. Bu, ölkənin Ali Qanununda – Konstitusiyada da təsbit olunub. Odur ki, xalqla işləmək, xalqın məhəbbətini qazanmaq və onu özünün tərəfdaşına çevirmək siyasi müxalifətin əsas fəaliyyət forması olmalıdır ki, bu da siysətlə məşğul olmağın əlifbasıdır. Özünü aparıcı müxalifət hesab edən müxalif siyasilər xalqla işləmək əvəzinə özlərinə kənarda dəstək axtarırlar. Həm də fərqinə varmırlar ki, onlara dəstək verən, daha doğrusu onları maliyyələşdirən həmin qüvvələr Azərbaycan xalqı tərəfindən qəbul edilir, ya yox. Çünki bunlara ən vacibi milyonlar əldə eləməkdir, kim onu verirsə, onun da dəstəyini qəbul edirlər. Nəticədə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin qəbul eləmədiyi həmin siyasi (daha doğrusu təxribatçı) dəstəkçilərlə işbirliyi ortaya çıxır və xalq da onların boğazdan yuxarı, pafoslu çıxışlarının əsl mahiyyətini anlayır, onlardan üz döndərir. Nə qədər ki, adlarını siyasətçi qoyub, əslində siyasi bizneslə məşğul olurlar, onların xalq tərəfindən dəstək qazanmaları müşkül olaraq qalacaq. Xalqdan dəstək ala bilməyən istənilən siyasi qurumun isə siyasi hakimiyyət iddiası elə iddia olaraq qalacaq, yəni uğursuzluğa düçar olmaqda davam edəcək. Çox istərdik ki, nəhayət bu məlum həqiqəti qəbul edən, yeni, real, konstruktiv siyasi müxalifət formalaşsın ölkəmizdə. Ancaq indiki halda bunu yaxın zamanlarda görəcəyimizə inanmıram. Ən azı müxalif düşərgəni inhisara alan, xarici dəstəklə bu inhisarçılığı davam etdirən qüvvələr meydandan çəkilmək istəməyəcəklər, sağlam müxalifətin formalaşması da, uğur qazanması da arzu olaraq qalacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB