Rusiya XİN: “Münaqişənin nizamlanması istiqamətində ümumi formulun hazırlanmasında hər iki tərəf maraqlıdır”

Rusiya Dağlıq Qarabağ münaqişəsindəki tərəflərin dialoqda iştirak etmək istəyini görür və ümid edir ki, gələcəkdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində insidentlər olmayacaq. Münaqişənin nizamlanması istiqamətində ümumi formulun hazırlanmasında hər iki tərəf maraqlıdır. SİA-nın xəbərinə görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
Lukaşeviç prezidentlərin Soçi görüşünün vacibliyini qeyd edib və indiyədək əldə olunan razılaşmaların danışıqların dinamikasının gələcəkdə artırılması üçün əsas olacağını bildirib: "Biz son vaxtlar Yerevan və Bakı ilə işimizi artırırıq"

Bütün xəbərlər Facebook səhifəmizdə