Böyük Britaniyanın “Exeter” Universitetində Novruz şənliyi təşkil edilib
Ekzeter Azərbaycan Cəmiyyəti Novruz Bayramını təntənə ilə qeyd edib. Böyük Britaniyada fəaliyyət göstərən "Ekzeter Azərbaycan Cəmiyyəti" tərəfindən SİA-ya verilən məlumata görə, tədbirdə 23 müxtəlif ölkədən 100-dən artıq əcnəbi tələbə iştirak edib. 3 hissədən ibarət olan tədbirin 1-ci rəsmi hissənin açılışı Azərbaycanlı PhD tələbəsi, İngiltərə vətəndaşı Sabina Metcalf tərəfindən təqdim edilib və qonaqlar bayram haqqında məlumatlandırılıblar. Daha sonra, tamaşaçılara Azərbaycan mədəniyyətindən bəhs edən video çarx nümayiş etdirilib. 2-ci hissədə qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarının dadına baxıb və mətbəximiz əcnəbi tələbələr tərəfindən çox bəyənilib. 3-cü hissədə isə qonaqlar milli rəqslər və musiqilərimizlə tanış edilib.
Azərbaycan Cəmiyyətinin sədri Orxan Məmmədov və tədbirin fəal iştirakçılarından Ayan Əsgərlinin milli rəqs etməsi tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb. Əcnəbi tələbələr milli Azərbaycan paltarlarında foto çəkdiriblər və onlar da azəri tələbələrə qoşularaq milli rəqslərimizi ifa ediblər.
Qeyd edək ki, "Ekzeter Universiteti - Azərbaycan Cəmiyyəti" 2010-cu ilin noyabr ayında universitətdə təhsil alan azərbaycanlı tələbə Orxan Məmmədovun təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB