Almaniyanın Maqdeburq şəhərində azyaşlı azərbaycanlı uşağın öldürülməsinə qarşı etiraz aksiyası keçirilib

Almaniyanın Maqdeburq şəhərində azyaşlı azərbaycanlı uşağın öldürülməsinə qarşı etiraz aksiyası keçirilib

Almaniyanın Maqdeburq şəhərində Saxhsen-Anhalt Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti və Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsinə etiraz əlaməti olaraq aksiya keçirilib. Bu barədə SİA-ya Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Maqdeburq şəhərinin mərkəzindəki ALT Markt meydanında keçirilən aksiyada erməni tərəfinin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərə son qoyulması barədə şüarlar səslənib, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1994-cü ildən hökm sürən atəşkəs rejimini mütəmadi olaraq pozması nəticəsində dinc azərbaycanlı sakinlərin öldüyü barərə Almaniya ictimaiyyətini məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə