Azərbaycan və Çexiya XİN-ləri arasında məsləhətləşmələrin ikinci mərhələsi keçiriləcək
Bu ilin ikinci yarısında Azərbaycan və Çexiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin ikinci mərhələsi keçiriləcəkdir. SİA-nın xəbərinə görə, Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə bildirib ki, hazırda tərəflər məsləhətləşmələrin Bakıda və ya Praqada keçiriləcəyini dəqiqləşdirirlər. Səfir deyib ki, məsləhətləşmələrin mövzusu konsulluq əlaqələri, hüquqi və digər məsələlər olacaqdır.
Xatırladaq ki, Azərbaycanla Çexiya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Bakıda Çexiya səfirliyi 2009-cu ilin dekabrından işləyir. Bundan iki il əvvəl isə Praqada Azərbaycan səfirliyi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB