Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri genişlənir

Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri genişlənir

Dövlət Sərhəd Xidmətinin (DSX) beynəlxalq əlaqələri daha da genişlənib. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair hesabatında bildirilir ki, Dövlət Sərhəd Xidməti ötən il NATO, GUAM, MDB Sərhəd Qoşunlarının Komandanlar Şurası, Beynəlxalq Miqrasiya Təşkilatı, ATƏT-in Bakı ofisi, həmsərhəd və digər ölkələrin sərhəd qurumları ilə əməkdaşlığı davam etdirib.

Sərhəd rejiminin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmiş, sərhəddə baş vermiş hadisələrin araşdırlması, sərhəd rejiminə nəzarətin təmin edilməsi məqsədilə müqabil ölkələrin sərhəd nümayəndəlikləri ilə görüşlər keçirilib. Bu cür tədbirlər cari ildə də davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə