Pakistan qəzetində Fariz Bədəlovla bağlı məqalə dərc olunub

Pakistan qəzetində Fariz Bədəlovla bağlı məqalə dərc olunub

Pakistanın aparıcı ingilis "StatesTimes" qəzetində martın 8-də 9 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arzu oğlu Bədəlovun erməni silahlı bölmələrinin snayperi tərəfindən öldürülməsi ilə bağlı məqalə nəşr edilib. Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məqalədə Ermənistan silahlı qüvvələrinin 9 yaşlı günahsız uşağı qətlə yetirərək sülh danışıqlarına zərbə vurduğunu və təxribat əməllərini günümüzdə də davam etdirdiyi ifadə olunub.

Ermənilərin azyaşlı uşağa belə rəhm etmədiyini yazan müəllif, Ermənistanın işğalçı qüvvələrinin dünya ictimaiyyəti qarşısında öz meyllərini yenə də nümayiş etdirərək bu torpaqlarda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğulayıb.

Məqalədə Xocalı Soyqırımının həyata keçirilməsinə göstəriş verən insanların bu gündə də günahsız insanları öldürməyə göstəriş verməkdə davam etdiyini və azyaşlı uşağın erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsinin Ermənistanın daha da təhlükəli addımlar atmağa və hətta silahını dinc əhaliyə qarşı yönəldə biləcək iqtidarında və vicdanında olduğunu nümayiş etdirdiyi xüsusilə qeyd edilib.

Məqalənin sonunda Ermənistan silahlı qüvvələrinin atəşkəsi mütəmadi şəkildə pozaraq, Azərbaycanın yaşayış məntəqələrini hər zaman atəş altında saxladığı və dinc əhaliyə qarşı müxtəlif silahlardan istifadə etməkdən çəkinmədiyi bildirilib.

Məqalədə Ermənilərin 1980-ci illərin əvvəllərindən bu günə kimi törətdikləri vəhşiliklər barədə də geniş məlumat verilib.

Məqalənin tam mətnini buradan əldə etmək mümkündür: http://www.statestimes.com/2010/2011/03/19/armenian-terrorism.html

Bütün xəbərlər Facebook səhifəmizdə