Elmar Məmmədyarov Səudiyyə Ərəbistanda səfərdədir

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanda səfərdədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdədir. XİN-in mətbuat xidmətidən SİA-ya verilən məlumata görə, səfər zamanı nazir Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Şeyx Abdullah bin Zayid əl-Nahyan, ticarət naziri Şeyx Lyubna əl-Qasımi, Vəliəhd, ordu komandanın müavini Şeyx Məhəmməd bin Zayid əl-Nahyan ilə görüşləri planlaşdırılıb.

Görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, iqtisadi, siyasi, humanitar, mədəni əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional və qlobal məsələlər müzakirə mövzusu olacaq.

Səfər martın 22-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə