Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "İlin fəsilləri" adlı tədbir keçirilib.
Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektorlar, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə pedaqoji fakültənin Xarici dil müəllimliyi (rus dili) ixtisasında təhsil alan I tədris ili tələbələri bədii-musiqili kompozisiya ilə çıxış ediblər. Bədii-musiqili kompozisiyada ilin dörd fəslinə-qış, yaz, yay və payız fəsillərinə səyahət edilib, hər fəslin özünəməxsus xüsusiyyətləri və gözəllikləri canlandırılıb. Eyni zamanda, hər fəsil haqqında müxtəlif səhnələr göstərilib, şeirlər və mahnılar səsləndirilib.
Yüksək səviyyədə keçən və hamıya xoş əhvali-ruhiyyə bəxş edən tədbir böyük maraqla qarşılanıb və alqışlarla müşayiət edilib.
Tədbir tələbə-gənclərin müəllim və tələbələrə xoş Yeni il arzuları ilə yekunlaşıb və sonda xatirə şəkli çəkdirilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB