Siyavuş Novruzov: "Azərbaycanda hüquq-mühafizə orqanlarının strukturunda islahatların aparılmasına ehtiyac var"
Azərbaycanda hüquq-mühafizə orqanlarının strukturunda islahatların aparılmasına ehtiyac var. SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov Parlamentin cümə günü keçirilən iclasında "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara edilən əlavə və dəyişikliklərin müzakirəsi zamanı çıxışında deyib. O, ölkədə istintaq orqanlarının həddən artıq çox olmasından şikayətlənib və vahid istintaq orqanının yaradılmasını təklif edib: "İstintaq sistemində mütəxəssislər olmalıdır. İstintaqın əsasını ibtidai istintaq təşkil edir. Müəyyən cinayətlərin açılması üçün ilkin materiallar istintaqın əsasını təşkil edir və bunlar itirilirsə, sonradan bərpa etmək çətin olur. Bu baxımdan, vahid istintaq orqanının yaradılmasını pilot layihə kimi qəbul etmək olar və gələcəkdə bu, özünü doğrultduğu təqdirdə digər sahələrdə də bu məsələni həll etmək lazımdır".
Millət vəkili bildirib ki, korrupsiya ilə bağlı işlərin araşdırılmasının prokurorluq orqanlarına verilməsi ilə gələcəkdə bu istiqamətdə qanun layihələrinə əlavə və dəyişikliklər hazırlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB