Ermənilər Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutub

Ermənilər Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 17-də saat 16.00-dan 16.25-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 21.25-dən 21.50-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, martın 18-də saat 01.40-dan 01.50-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə