Saxtakarlıq və mənimsəmə halları Ermənistan üçün xarakterik olub
Regional stadionların inşası zamanı Ruben Ayrapetyanın fırıldaqları, maxinasiyaları barədə məlumatlar yayılıb. SİA Ermənistana məxsus armenianreport.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətindən verilən məlumata görə, işçilərlə birlikdə görülən genişmiqyaslı istintaq və prosessual hərəkətlər zamanı faktiki olaraq FFA-nın keçmiş sədri Ruben Ayrapetyana məxsus olan Zeytun Mebel Fabriki QSC tərəfindən stadionların tikintisi zamanı qanun pozuntularına yol verilib. Qanun pozuntularına dair cinayət işi üzrə ibtidai istintaq çərçivəsində Ermənistan Futbol Federasiyası ilə razılaşma əsasında Sisian, Sevan, Vanadzor, Armair, Vaqarşapat, Qumi, Nerkin Karmir Axpuredə stadionların inşası zamanı külli miqdarda məbləğlər mənimsənilib.
Göründüyü kimi, saxtakarlıq və mənimsəmə halları Ermənistan üçün xarakterik olub. Əks halda, saxtakarlıq və qanunsuz əməllər, mənimsəmələr barədə hər gün yeni-yeni faktlar üzə çıxmazdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB