"52 636 yerli müşahidəçi Bələdiyyə seçkilərini izləyəcək" - MSK sədri
Sabahkı bələdiyyə seçkilərini izləmək üçün yerli müşahidəçilərin sayı 52 636 nəfərdir. SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 17 ölkədən beynəlxalq müşahidəçilər akkreditasiyadan keçib: "Gürcüstan və Ukrayna MSK-nın sədri də seçkiləri izləyəcək. Hesab edirəm ki, təmsilçilik çox yüksək səviyyədədir".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB