Xorvatiyada prezident seçkiləri keçirilir

Xorvatiyada prezident seçkiləri keçirilir

Bu gün Xorvatiyada prezident seçkiləri keçirilir. Seçkilərdə 11 namizəd iştirak edir. SİA xarici mediaya istinadən verdiyi məlumata görə, namizədlər hazırkı prezident Kolinda Grabar-Kitaroviç, müxalif Sosial Demokrat Partiyasından Zoran Milanoviç, müğənni və musiqiçi Miroslav Şkoro, müstəqil namizədlər Dario Juriçan, Dalya Oreşkoviç, Mislav Kolakuşiç, İvan Pernar, "İşçi cəbhəsi" siyasi birliyindən Katarina Peoviç, Xorvat Partiyasından Nedelko Babiç, iqtisadçı Dejan Kovac və Demokrat Partiyasından Anto Capiçdir.

Seçkidə əsas favoritlər K.Qrabar-Kitaroviç, Z.Milanoviç və M.Şkorodur.

Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatına görə, seçkilərdə səsvermək hüququna malik 3,8 milyon vətəndaş iştirak edəcək. Onlardan təqribən 177 min nəfərinin xaricdə yaşadığı bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə