Elman Nəsirli: “Xankəndində aeroport tikintisi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq birliyin özünün prinsiplərinə ziddir”
"Prinsip etibarı ilə beynalxalq birlik, eyni zamanda, onun ayrı-ayrı qurumları, subyektləri, təşkilatları Azərbaycan ərazi bütövlüyünü tanıyıb, tanınmayan yeganə ölkə Ermənistandır. Belə olan təqdirdə Xankəndində aeroport tikintisi və başqa ölkə təyyarələrinin qəbulu Azərbaycan ərazi bütövlüyü ilə bağlı beynəlxalq birliyin özünün prinsiplərinə ziddir". Bunu SİA-ya açıqlamasında ermənilərin Xankəndidə hava limanı inşa etməsi və bunun beynəlxalq hüquq normalarına nə dərəcədə uyğun olması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O söyləyib ki, belə olan vəziyyətdə Xankəndində airaportun tikintisinin həyata keçirilməsi qeyri-qanuni addımdır və bu tikintidə Rusiyanın rolu bəllidir. Onun fikrincə, bu, Rusiyanın həmsədrlik fəaliyyətinə uyğun gəlməyən addımdır.
"İstənilən halda bu, hava məkanının tikintisini Ermənistan dövləti tərəfindən razılaşmanın pozulması kimi dəyərləndiririk. Azərbaycan olaraq belə hesab edir ki, Xankəndinə uçuşlar keçirilərsə, özünə hörmət edən dövlət, ABŞ hansı addımı atardı? Maraqlıdır ki, Rusiya bu vəziyyətdə hansı addımı atardı? Azərbaycan təbii ki, obyektiv addım atmağa məcburdur və bunun üçün qabaqlayıcı tədbirlər görür, müvafiq qurumları məlumatlandırır. Aviasiya qurumunu qabaqcadan məlumatlandırır ki, sabah baş verə biləcək hansısa bir insidentə görə, məsuliyyət həmin tərəfin üzərinə düşsün".
Politoloqun fikrincə, dünya birliyi onun fərqindədir ki, belə hadisələrdə Azərbaycanın hərbi yönümlü hər hansı bir addımı Ermənistanı müəyyən addımlar atmağa məcbur edə bilər: "Ona görə ehtiyatlanırlar ki, bunun müharibə təhlükəsi çox ola bilər. Həmsədrlər, beynəlxalq birliklər münaqişənin ancaq sülh yolu ilə həllindən danışırlar. Azərbaycan bu və ya digər addımı həmin andaca atmayacaq, çünki mühiti bu fikrə hazırlamalıdır. Artıq Azərbaycan müasir dövlətlərə, aviasiyaya bağlı olan şirkətlərə və başqa orqanlara müraciətlərini etməkdədir. Ona görə də Azərbaycanın belə bir addım atmaq üçün sırf hüququ olacaq. Bunun üçün də Azərbaycan qabaqcadan müasir addımlara hazır olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB