“Ümumiyyətlə Azərbaycanın son illərdə qazandığı nailiyyətlərin bir neçə istiqamətini göstərmək olar”. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.
“Birincisi, Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənib və onun heç bir zaman şübhə altına alınması mümkün deyil. İkincisi, Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir. Hər iki istiqamət bir-biri ilə vəhdət təşkil edir. Üçüncüsü, Azərbaycan vətəndaşının təhlükəsiz və yüksək şəkildə yaşaması üçün maksimum işlər görülüb və bu məsələ daim dövlətin diqqətindədir. Dördüncüsü, Azərbaycan beynəlxalq aləmdə özünün nüfuzunu kifayət qədər gücləndirib və Azərbaycansız bu gün dünya yoxdur”-deyə, deputat fikrini tamamlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB