Aprel döyüşlərində ölən erməni hərbçilərinin qəbirləri təhqir olunub Ermənistanda

Aprel döyüşlərində ölən erməni hərbçilərinin qəbirləri təhqir olunub Ermənistanda

Aprel döyüşlərinin iştirakçısı olan və ölən erməni hərbçilərinin məzarlarına hörmətsizlik edilməsi ilə bağlı cinayət işi məhkəməyə verilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet yazır ki, "Yerablur" hərbi panteonunda Aprel döyüşləri iştirakçılarının məzarlarının təhqir olunması ilə bağlı cinayət işi açılıb.

Araşdırmalar zamanı məlum olub ki, aprel döyüşləri iştirakçılarının məzarlarının açılması faktı ilə əlaqədar Qreta Mnasakanyan adlı bir qadın şübhəli bilinərək saxlanılıb. İstintaq zamanı Qreta Mnasakanyanın həqiqətən də aprel döyüşlərində ölən hərbçilərin qəbirlərini açdığı və qəbirləri təhqir etdiyi sübuta yetirilib.

Qəzet qeyd edir ki, Q.Mnasakayanın barəsində həbs qətimkan tədbiri seçilib və işə Araqasotn bölgəsinin ümumi yurisdiksiya məhkəməsində hakim Suren Mnoyanın başçılığı ilə baxılacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə