“Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb”

“Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb”

Prezident İlham Əliyev gənclərin intellektual, fiziki və mənəvi inkişafını ölkənin sosial- iqtisadi içtimai - siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə ardıcıl olaraq tətbirler həyata keçirir. Bu fikirləri Səbail rayon YAP- gənclər birliyinin üzvü Hüseyn Qurbanov sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, "2015-2025-çi illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası", eləcə də "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramında vacib məsələlər əksini tapıb. “Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq onların yarıdıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqət artırmaq, müasir informasiya - kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Onun sözlərinə görə, Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu məqsədə xidmət edir”, deyən YAP Səbail rayon təşkilatının gənclər birliyinin üzvü əlavə edib ki, buna paralel olaraq gənclərin intellektual potensialının artırılması, onların, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində vacib tətbirler həyata keçirilir: “Həmçinin gənclərin keyfiyyətli təhsil alması da diqqət mərkəzindədir. Çünki qloballaşma şəraitində ölkələrin inkişafını təmin edən mühüm faktorlardan biri biliyə əsaslanan iqtisadiyyatın inkişafı, eləcə də cəmiyyətin intellektual səviyyəsinin mütəmadi olaraq artırılmasıdır. Bu məsələdə, şübhəsiz ki, proqressiv və dinamik qüvvə olan gənclərin üzərinə böyük öhdəlik və məsuliyyət düşür”.

"Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb və dövlət tərəfindən bu istiqamətdə ardıcıl, məqsədyönlü tətbirler həyata keçirilir. Artıq görülən işlər öz bəhrəsini verir”, deyən gənc həmçinin bildirib ki, son zamanlar aparılan kadr istilatlarında gənclərə daha çox üstünlük verilməsi Prezident İlham Əliyevin gənclərə əyani olan yüksək etimadının nümunəsidir. Onun sözlərinə görə, Azərbaycan gəncliyi bundan sonra da dövlət rəhbərliyinin etimadını layiqincə doğruldacaq, Onun ətrafında daha da sıx birləşərək, dövlətin inkişafına ardıcıl töhfələrini verəcəklər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə