Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Abbasi xəlifəsi Harun ər-Rəşid anadan olub (763)
- Görkəmli islam alimi İbn Xəldun vəfat edib (1406)
- Fernan Magellan Filippin adalarını kəşf edib (1521)
- Fransa ABŞ-ın müstəqilliyini tanıyıb (1778)
- Alman avtomobil konstruktoru Qotlieb Daymler anadan olub (1834)
- İtaliya krallığı təşkil edilib (1861)
- Avstriyalı fizik Kristian Dopler vəfat edib (1853)
- Aktyor Hüseyn Ərəblinski (Xələfov) anadan olub (1881)
- Karl Marks Londonda dəfn edilib (1883)
- Rusiya Müvəqqəti hökuməti Bakıda yerli hakimiyyət orqanı olan "İctimai Təşkilatların İcraiyyə Komitəsi"ni təsis edib (1917)
- ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Çiçerinə növbəti dəfə nota göndərib. Rusiya tərəfi notaya cavab verməyib (1920)
- Vladimir İliç Lenin Qafqaz Cəhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərib (1920)
- Dövlət Dram Teatrında Nəcəf bəy Vəzirovun "Keçmişdə qaçaqlar" faciəsinin ilk tamaşası olub (1922)
- SSRİ-də kəndlilərin yaşadıqları ərazini tərk etməsini məhdudlaşdıran qanun qəbul edilib (1937)
- ABŞ-da 98-ci kimyəvi element – kalifornium sintez edilib (1950)
- "SSRİ-nin saxlanmasına dair" referendum keçirilib (1991)
- Hizbullahın Buenos-Ayresdəki İsrail səfirliyinə bombalı hücumu nəticəsində 28 nəfər ölüb, 240 nəfər yaralanıb (1992)
- Azərbaycan Respublikası Almaniya ilə diplomatik əlaqələr qurub (1992)
- Prezident fərmanı ilə ləğv edilən Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) dövlət çevrilişi cəhdi iflasa uğrayıb (1995)
- Qafqaz İslam Universiteti Bakı İslam Universitetinə çevrilib (1997)
- Keçmiş baş nazir surət Hüseynov amnistiyaya düşərək həbsdən azad edilib (2004)

Bütün xəbərlər Facebook səhifəmizdə